Cins: Cardamine - Ürəkotu print

Dünyanın mülayim və isti iqlim qurşaqlarında və Qafqazda yayılan 100-dən artıq növündən Azərbaycanda 6 növü məlumdur. Onlara respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, rütubətli yerlərdə, çay kənarlarında rast gəlinir. Bir növü (zərif ürəkotu) Azərbaycandan təsvir olunub (Lənkəran yaxınlığı). Ləçəkləri ağ və ya qırmızı rənglidir. Meyvəsi buynuz tiplidir. Bir, iki və çoxillik ot bitkiləridir. Növlərin təyinində ləçəklərin, meyvə və yarpağın əlamətlərindən istifadə olunur. Dərman bitkisidir (çiçəkləri sidikqovucudur), “C” vitamini ilə zəngindir. Yem bitkisi kimi də faydalıdır.