Cins: Barbarea - Vəzərək print

Avroasiya, Amerika və Qafqazda yayılan 15 növündən Azərbaycanda 6 növü rast gəlir. Bəzi məlumatlara görə Qafqazda Şimali Qafqaz və Kolxida ovalığında rast gələn adi vəzərək (B. arcuata) növünün Abşeron və Naxçıvanda təsadüf olunma ehtimalı vardır. Lakin bu dəqiqləşdirilməlidir. Azərbaycanda vəzərək növləri əksər rayonlarda, arandan yuxarı dağ qurşağınadək rütubətli, sucaq yerlərdə, çay, bataqlıq kənarlarında, rütubətli çəmənliklərdə yayılmışdır. Ləçəkləri sarı və narıncı rəngdə, meyvəsi ikitaylı buynuzcuq, yarpaqları adətən bölümlü lələkşəkillidir. İki və çoxillik ot bitkiləridir. Bəzi növlərin cavan zoğları yeyilir, yarpaqlarında “C” vitamini vardır, boya və bal verən bitkilərdir.