Cins: Thlaspi - Yarğanotu print

Avroasiya, Şimali Amerika və Qafqazda yayılan 80-ə yaxın növündən Azərbaycanda 8 növü yayılmışdır. Yarğanotu respublikanın əksər rayonlarında, arandan yüksək dağ qurşağınadək (3600 m-dək), otlu yamaclarda, kolluqlarda, çəmən bitkiliyi arasında, daşlı-qayalı yerlərdə, alaq bitkiləri arasında rast gəlir. Buynuzcuğun (meyvənin) 5-7 toxumlu və qanadlı olması ilə fərqlənir. Birillik bitkidir. Texniki və vitaminli bitki kimi faydalıdır.