Cins: Draba - Yastıqotu print

Dünyanın mülayim iqlimli dağ regionlarında və Qafqazda yayılan 400-dən çox növündən Azərbaycanda 13 növün yayılması müəyyən edilmişdir. Onlar respublikanın əksər dağlıq rayonlarında orta dağ qurşağından (az hallarda aşağı dağ qurşağı) alp qurşağadək qaya çatlarında, daşlı-qayalı yamaclarda, az hallarda alaq kimi bağ və əkinlərdə yayılmışlar. Ləçəkləri ağ və sarı rəngli, meyvəsi ikiyuvalı buynuzcuqdur. Bəzən yastıq formalı görkəmə malik, çim əmələ gətirən, bir, iki və əsasən çoxillik ot bitkiləridir. Yastıq formalı növləri olduqca dekorativdirlər (D. mollissima, D. polytricha).