Cins: Geum - Çınqılotu print

Dünyanın mülayim iqlimli ölkələrində yayılan 30 növündən Azərbaycanda 3 növü yayılıb. Onlara respublikanın əksər rayonlarında, arandan orta, bəzən yuxarı dağ qurşağınadək, meşə və kolluqlarda, rütubətli çəmənliklərdə, çay sahillərində rast gəlinir. Digər iki növlərdən fərqli olaraq G.rivale növü seyrək yayılıb. Qalın, qonur rəngli kökümsovludur. Lələkvari yarpaqlı, çoxillik ot bitkiləridir. Kasa yarpaqları və kasaaltlığı yarpaqları 5 , ləçəkləri 5, sarımtıl rənglidir. Çınqıllotu növlərinin cavan zoğları yeyilir, həmçinin xalq təbabətində büzücü vasitə kimi istifadə olunur. Vitaminli, aşılyacı və boya xüsusiyyətləri də var.