Cins: Cotoneaster - Dovşanalması print

Əsasən, Avropanın dağlıq ərazilərində, Asiya və Şimali Afrikanın mülayim iqlimli ölkələrində və Qafqazda 60 növü yayılmışdır. Azərbaycanda 22 növə rast gəlinir.

Azərbaycanda əksər rayonlarda subalp və alp qurşağınadək, daşlı-qayalı yamaclarda, kolluqlar arasında, seyrək meşəliklərdə yayılıb. Qaya dovşanalması Azərbaycandan təsvir olunub (Gəncə, Çaykənd ətrafı). Cins daxilində növlər bir-birindən meyvə və yarpaqlarının əlamətləri ilə fərqləndirilir. Kol və ya alçaq boylu ağaclardır. Çiçəkləri ikicinsli, kasacığı 5 bölümlü, ləçəkləri 5 ədəd, erkəkciyi 20 ədəddir. Meyvəsi xırda, qırmızı və narıncı olur. Dekorativ bitkidir, meyvəsini quşlar yeyir. Oduncağı qiymətlidir.