Cins: Chaenomeles - Xanomeles + print

Təbii halda Şərqi Asiyada, Yaponiyada, Çində, Koreyada yayılan 4 növü var. Onlardan 1 növü Azərbaycanda yaşıllaşdırmada istifadə olunur  (Ch. japonica). 2 növ Bakı Nəbatat Bağına introduksiya edilib.

Alçaq boylu, tikanlı koldur. Yarpaqları dərivari, parlaq, cavan zoğları qırmızımtıldır. Çiçəkləri iri, ləçəkləri qırmızı, çəhrayı yaxud ağdır. Meyvələri sarımtıl-yaşıldır. Dekorativ bitkidir.