Cins: Amelanchier - İrqa və ya qaracameyvə print

Şimal yarımkürəsinin mötədil iqlimli ölkələrində 25 növü yayılmışdır. Azərbaycanda yabanı halda 1, becərilən halda isə 2  növü var. Bu növə Qafqaz və Naxçıvanın dağlıq ərzilərində, yuxarı dağ qurşağınadək daşlı-qayalı və gilli yamaclarda, koluqlarda və seyrək meşəliklərdə tək-tək və ya qrup halında rast gəlinir. Hündürlüyü 5 m-ə çatan koldur. Cavan zoğları ağımtıl keçətüklü, yaşlı budaqları çılpaqdır. Çiçəkləri xırda, ikicinsli, ləçəkləri ağ rəngli, meyvəsi girdə, qırmızımtıldır. Dekorativ bitki kimi qiymətlidir. Vitaminlərlə zəngindir, şaxtalardan sonra meyvəsi yeyilir. Oduncağı keyfiyyətlidir.