Cins: Filipendula - Quşqonmaz print

Şimal Yarımkürənin mülayim iqlimli ölkələrində və Qafqazda yayılan 10 növündən 2-si Azərbaycanda rast gəlinir. Onlar respublikanın əksər rayonlarında (xüsusən, meşəli) arandan yuxarı dağ qurşağınadək, otlu yamaclarda, kolluqlarda, rütubətli çəmənliklərdə yayılıb. Növləri köklərinin forması, çiçəkdə ləçəklərin və kasayarpaqlarının sayına görə fərqləndirirlər. Dekorativ, balverən, vitaminli bitkidir. Cavan zoğları yeyilir, çiçəklərindən çay dəmləyib içirlər. Kökündə aşılayıcı maddə var.