Cins: Padus - Meşəgilası print

Avroasiya və Qafqazda 20 növü məlumdur. Onlardan biri təbii halda Azərbaycanda Kiçik Qafqaz regionunda, orta və yuxarı dağ qurşağında meşələrdə, meşə kənarında, cəngəlliklərdə və çay kənarlarında bitir. Bir neçə Şimali Amerika və Orta Asiya növləri Azərbaycanda becərilir. (P.maackii, P.pensylvanica, P.virginiana,P.mahaleb). Ortaboylu ağac və ya koldur. Yabanı növün cavan zoğları qırmızımtıldır. Çiçəkləri xırda, ağ, salxım çiçək qrupuna yığılan, meyvəsi kürəşəkilli, çəyirdəkli, qaramtıldır. Dekorativ bitkidir, meyvəsi yeyilir. Ondan kisel, sərinləşdirici içkiləri alınır, spirtli içkilərə tünd-qırmızı rəng verilməsində istifadə olunur. Bal-verən bitkidir.