Cins: Pyracantha - Pirokanta və ya ölməzkol print

Qərbi Avropada, Çində və Himalayda, Qafqaz və Krımda 7 növü yayılmışdır. Azərbaycanda yabanı halda 1, kulturada 4 növü var. Azərbaycanda yabanı halda Qafqaz, Qobustan, Bozqır yayla ərazilərində arandan yuxarı dağ qurşağınadək (1800 m) çay vadilərində, daşlı yamacların kolluqları arasında, seyrək meşəliklərdə rast gəlinir. Alçaq boylu, həmişəyaşıl koldur. Çiçəkləri ikicinslidir, qalxan yaxud salxım tipli çiçək qrupuna yığılır. Çiçəkyanlığı 5 üzvlüdür, meyvəsi xırda, qırmızı yaxud narıncıdır. Olduqca dekorativ bitkidir, yaşıllaşdırmada geniş istifadə olunur. Meyvələri quşların yemidir, vitaminli, balverən bitkidir.