Cins: Sibbaldia - Sibbaldiya print

Avroasiya və Qafqaz dağlarında yayılan 10-a yaxın növündən Azərbaycanda 2 növü yayılıb. Onlara Qafqaz, Naxçıvan və Talış dağlarında subalp və alp qurşaqlarında, yay otlaqları və çəmənliklərin tərkibində rast gəlinir. Çin əmələ gətirən alçaq boyludur. Üçər yarpaqlı, kökümsovu odunlaşan çoxillik bitkidir. Ləçəkləri sarıdır. Növləri bir-birindən yarpaqlarının çılpaq yaxud tükcüklü olması və ləçəklərinin ölçüləri ilə seçilir. Mal-qara tərəfindən yeyilir.