Cins: Alchemilla - Şaxduran print

Avroasiya və Afrikada, xüsusən dağlıq ərazilərdə yayılan bir neçə yüz növündən Azərbaycanda 22 növü rast gəlinir. Onlara respublikanın əksər rayonlarında, xüsusən dağlıq ərazilərində, subalp və alp çəmənliklərdə, dağ stepləri tərkibində, daşlı-qayalı yerlərdə, dağ gölləri və rast ayları sahillərindərast gəlinir. Olduqca polimorf cinsdir.

Sürünək kökümsovlu çoxillik ot bitkiləridir. Aşağı yarpaqları uzun saplaqlı rozet əmələ gətirən, gövdə yarpaqlarından iridir. Çiçəkləri xırda, ikicinsli, qıvrım çiçək qrupları qalxan-süpürgə tipli çiçək qruplarında birləşir. Kasaaltı və kasyarpaqları 4 yarpaqlı, ləçəkləri yoxdur. Erkəkcikləri 4, dişiciyi 1, meyvəsi fındıqcaya oxşardır. Cins daxilində növlərin təyinində yarpağın əlamətləri və bitkinin tükcüklərlə örtülülükdərəcəsi əsas götürülür.

Şaxduran növləri yay otlaqlarının tərkibində əsas komponentlərdir. Bəzi növləri aşılayıcı xassəyə malikdir, bəziləri xalq təbabətində qan dayandırıcı vasitə kimi faydalıdır.