Cins: Indigofera - Basma + print

Bir neçə növü Hindistan və Şərqi Asiyada becərilir. Vətəni Hindistan sayılır, bir çox ölkələrdə göy rəng almaq üçün becərilir. Bitkinin yarpaqlarından alınan toz (paraşok) saçın rənglənməsi üçün “basma” adı ilə tanınır və həna (Lawsonia inermis) ilə birlikdə qara rəng verir. Dərman və boya bitkiləri kimi qiymətlidir. Yarpaqları təklələkvari, narıncı-sarımtıl rəngli çiçəkləri salxım tipli çiçək qrupuna yığılır və yarpaqların qoltuğunda yerləşir, paxlası xətvari-uzunsov, ağ tükcüklüdür. Çox da hündür olmayan koldur.