Cins: Gymnocladus - Bunduq print

Şimali Amerika, Cənubi və Cənub-Şərqi Asiyada yayıaln 5 növü var. Azərbaycanda 1 növü dekorativ bitki kimi Abşeronda, Zaqatala və Lənkəranda yaşıllıqlarda rast gəlir. Hündürlüyü 25 m-dək, düz gövdəli, Zərif yarpaqlı, ətirli çiçəkləri olan dekorativ və balverən ağacdır. Yarpaqları ikiqat lələkvari, tünd-yaşıl, çiçəkləri bircinsli, ikievli, ləçəkləri 5, sarımtıl-yaşıl rənglidir. Kasayarpağı beşbölümlü, erkəkcikləri 10, paxlası enli-uzunsov, qalın və ətlidir. Vətəni Şimali Amerikadır.