Cins: Alhagi - Dəvətikanı print

Avrosiya, Şimali Afrika və Qafqazda yayılan 7 növündən Azərbaycanda 2 növü var. Azərbaycanda adi yağtikanı növü Qafqaz (Qubadan Xəzər ətrafı, Qobustan və Abşeronadək), Kür-Araz ərazisində, aran və aşağı dağ qurşağında (bəzən orta dağ qurşağı), quraq, qumlu yamaclarda, əkinlərdə, zibilli yerlərdə rast gəlir, bəzən cəngəlliklər əmələ gətirir. İran yağtikanı növü Naxçıvanda yayılıb. Növləri bir-birindən çiçək qrupunda çiçəklərin sayı, meyvəsi yetişən dövrü yarpaqların tökülüb və ya qalması kimi əlamətləri ilə fərqlənir.