Cins: Dorycnium - Doriknium print

Aralıq dənizi ölkələri, Kanar adaları və Qafqazda yayılan 12 növündən Azərbaycanda 2 növü var. Onlara Böyük və Kiçik Qafqaz, Samur-Dəvəçi ovalığı, Xəzərsahili ovalıq, Qobustan, Kür-Araz ovalığında, Naxçıvanda orta dağ qurşağınadək, otlu yamaclarda, kolluqlarda rast gəlinir. Xırda çiçəkləri başcıq çiçək qrupuna yığılır. Ləçəkləri ağ, yarpağı 5-7 oval yarpaqcıqlı, paxlası girdə, aztoxumlu, ot bitkiləridir.