Cins: Scorpiurus - Əqrəbotu print

Əsasən, Aralıq dənizi ölkələrində, Ön Asiyada, həmçinin Avropa və şimali-şərqi Afrikada yayılan 7-yə qədər növündən Azərbaycanda 1 növü var. Ona Kür-Araz ovalığı, Qobustan, Bozqır yaylada, aşağı dağ qurşağında, quraq otlu yamaclarda rast gəlinir. Çim əmələ gətirən birillik ot bitkisidir. Çiçəkləri sarı, paxlası qövsvari burulumuş, daxildən hamar, qalan hissələrdə uzun tikancıqlarla örtülü, sanki əqrəbi xatırladandır (cinsin adı da buradan götürülüb). Cavan vaxtı mal-qara tərəfindən yeyilir.