Cins: Anthyllis - Xaraotu print

Avropanın mülayim və subtropik vilayətlərində Şimali Afrikada, Kiçik Asiyada, xüsusən Aralıq dənizi hövzəsi ölkələrində yayılan 60 növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlar Böyük Qafqaz, Talış və Naxçıvanda, orta dağ qurşağından alp qurşağınadək, quru çınqıllı yamaclarda, çəmən və kolluqlarda təsadüf olunur. Çoxillik bitkilərdir. Yarpaqları uzun saplaqlıdır, erkəkcikləri hamısı sapları ilə birləşir, paxlası 1-2 toxumlu, açılmayandır. Yem və dərman əhəmiyyətli bitkilərdir.