Cins: Onobrychis - Xaşa print

Avrosiyanın mülayim və mülayim isti vilayətlərində, eləcə də Şimali və Şimali-Şərqi Afrikada yayılan 130 növü var. Azərbaycanda 21-23 xaşa növü yayılıb. Onlardan bir neçəsi Qafqaz və Azərbaycan üçün endem növlərdir.

Xaşa növləri Azərbaycanın əksər rayonlarda arandan subalp qurşağadək daşlı-çınqıllı yamaclarda, meşə və çəmənlərdə yayılıb. Bir və çoxillik ot bitkiləridir. Paxlasının 1 (bəzən 2-3) toxumlu, açılmayan, üzərinin tikancıqlarla (onlar daraqcıq əmələ gətirir) örtülü olur. Çiçək hissələrinin və yarpağın əlamətləri növləri fərqləndirməyə imkan verir. Qiymətli yem və dekorativ bitkilərdir.