Cins: Caragana - Xostək print

Avroasiyanın mülayim isti ölkələrində yayılan 80 növündən Azərbaycanda yabanı halda 1 növə və kulturada 1 növə rast gəlinir. Kiçik Qafqaz, Naxçıvan, Qobustan və Bozqır yaylada, quraq gilli-daşlı yamaclarda, kserofil kolluqlar və seyrək meşələrdə yayılır. Qrup halında, bəzən cəngəllikləri rast gəlir. Yarpaqaltlıqları tikana çevrilən, kəpənəkşəkilli çiçəkləri sarı, 2-5 olmaqla dəstələrlə yerləşən, paxlası qısa saplaqlı, uzunsov, alçaq kollardır. Kulturada istifadə olunan (buna sarı akasiya da deyilir (C.arborescens) növü güclü kök sisteminə malik olduğundan torpaq qoruyucu və b.meliorativ məqsədlər üçün əkilir. Birinci növdən çiçəklərinin xırda olması ilə asan seçilir. O, ən çox yarımsəhra və step bitkiliyə malik rayonlarda istifadə olunur. Bitkinin oduncağı faydalıdır, balverən, vitaminli və texniki xassələri də qeyd olunur.