Cins: Chrysaspis - Xrizaspis print

Avroasiya və Şimali Afrikada yayılan 20 növü, keçmiş SSRİ və ona yaxın ölkələrində 12 növü yayılıb. Azərbaycanın bütün rayonlarında arandan orta (bəzən subalp və alp) qurşağadək, qaya çatlarında, meşə və kolluqlarda, qumsal yerlərdə və çəmənlərdə yayılan 6 növü məlumdur. Çiçəkləri 2 mm-dək uzunluqda saplaqcıq üzərində olub başcıq və ya çətirvari salxım çiçək qrupuna yığılır. Çiçəkaltlığı reduksiya olunub, kasacıq ikidodaqlı, 5 damarlı, tacı adətən sarıdır. Paxlası birtoxumludur. Bir və ikiillik, bəzən çoxillik, üçər yarpaqlı ot bitkiləridir.