Cins: Securigera - Qılınclıot print

Avropa, Kiçik Asiya, İran və Aralıq dənizi hövzəsi ölkələrində yayılan bir neçə növü var. Onlara Azərbaycanın əksər rayonlarında, orta dağ qurşağınadək, meşənin açıq yerlərində, koluqlarda yayılan 6 növü rast gəlinir. Bir və çoxillik, hündürlüyü 14-40 sm olan bitkidir. Çiçək qrupu çətirəbənzər, 6-11 çiçəklidir. Tacı sarı rəngli, paxlası üzunsov-xətvari, ucunda qarmaqvaridir.