Cins: Lotus - Qurdotu print

Əsasən, mülayim qurşaqda, həmçinin Şərq yarımkürəsinin tropik və subptropik iqlimli dağlıq ərazilərində yayılan 150-200 növündən Azərbaycanda 6 növü var. Onlara arandan yuxarı dağ qurşağınadək, rütubətli qumsal yerlərdə, çəmən bitkiləri arasında, çay sahillərində, quraq daşlı yamaclarda rast gəlinir. Çoxillik ot bitkiləridir. Kasa yarpağının zəngşəkilli olması, çiçəyin qayıq hissəsinin əyilmiş forma alması və onun ucdan dimdiyi xatırlatması, 5 yarpaqcıqdan 3-nün bir, 2-nin isə bir yerləşməsi, paxlasının xətvari-uzunsov olması cinsi və onun növlərini səciyyələndirən əlamətlərdir. Yaxşı yem bitkiləridir. Onlar arasında dekorativ, vitaminli, bal verən, boya əhəmiyyətli növlər də vardır.