Cins: Gleditsia - Lələk və ya şeytanağacı print

Amerika, Asiya və Afrikada eləcə də Qafqazda yayılan 15 növündən Azərbyacanda 1 növü Talış meşələrində aran, dağ ətəyi və aşağı dağ qurşağında meşələrə qarışır yaxud qruplar halında rast gəlinir. 20 m-dək hündürlüyündə, enli çətirli, üçüncü dövr florasından qalmış relikt ağac bitkisidir. Cinsin 1 növü isə (üçtikanlı lələk) kulturada, bağ və parklarda, yaşıllıqlarda təsadüf olunur. 40 m-dək hündürlükdə budaqlanan tikanlı ağacdır. Vətəni Amerikadır. Yaşıllıqlarda bu növün müxtəlif formalarından (tikansız, sallaq sıxçətir, alçaqboy və s.) istifadə olunur. Cins üçün budaqların iri tikanlarla örütülü olması, çiçəyinin xırda, bircinsli,  sapının qısa olması səciyyəvi əlamətlərdir. Dekorativ, oduncağı qiymətli, meyvələri qiymətli vitamin və bioloji maddələrlə zəngindir.