Cins: Vicia - Lərgə print

Şimal yarımkürəsinin tropiklərindən kənar vilayətlərində, xüsusən Aralıq dənizi hövzəsi ölkələrində yayılan 200-dən çox növü var. Azərbaycanda 44 növü məlumdur. Azərbaycanın lərgə növləri arandan alp qurşağınadək meşələrdə və meşənin tala yerlərində, daşlı yamaclarda, əkinlərdə, alaq bitkiləri arasında, bağ və bostanlarda geniş yayılmışdır. Fəsilə daxilində dişiciyin sütuncuğu və tacla kasayarpağının nisbəti kimi əlamətlərlə fərqləndirilir. Əsas əlamət kimi yarpaqların bığcıqlarla qurtarmasıdır. Növləri isə tacın rəngi, çiçək hissələrinin forması, yarpaq və yarpaq altlığının xüsusiyyətləri, meyvə və toxumun əlamətləri ilə seçilir. Bir və çoxillik otlardır. Əksər növləri qiymtəli yem bitkiləri olsalar da, bəziləri alaq bitkisidirlər.