Cins: Lablab - Lobu + print

Avropanın və Asiyanın tropik və subtropik ölkələrində yayılan və geniş surətdə becərilən 30 növündən Azərbaycanda 1 növün (hiasint paxlası yaxud ləbləbi) Zaqatalada dekorativ bitki kimi rast gəlinməsi göstərilir (Qaryagin, 1954). Bir və çoxillik ot bitkisidir. Yarpaqları iri, üçərdir. Çiçəkləri iri çernil və ya ağımtıl, paxlası sarımtıl yaxud çernil rəngdədir. Qida və yem bitkisi kimi qədimdən Afrika və Asiya ölkələrində becərilir.