Cins: Phaseolus - Lobya + print

Əsasən, şərq ölkələrinin tropik iqlimli ərazilərində, xüsusən Qərb yarımkürəsində yayılan 150 növündən Azərbaycanda 2 növü qiymətli ərzaq bitkisi kimi becərilir. Bu növlərdən adi lobya irillik bitkidir, digər növ (tünd qırmızı lobya) isə subtropik zonalarda özünü iki və çoxillik bitki kimi aparır. Bu növlər bir-birindən çiçək tacının rənginə (adi lobyadasarı, digərində tündqırmızı) və çiçək qrupunun əlamətləri ilə fərqlənir. Lobya zülal və yağla zəngin qidadır, onun paxla və toxumundan konserv hazırlanır, yaşıl kütləsi yem kimi istifadə olunur. Paxlasındaki fazeolin maddəsi qanda şəkərin miqdarını azaldır və şəkərli diabet xəstələri üçün xeyirlidir. Respublikamızda adi lobyanın bir çox sortları becərilir.