Cins: Lupinus - Lupin və ya acı paxla + print

Şimali və Cənubi Amerikada, Afrikanın tropik vilayətlərində və Aralıq dənizi hövzəsi ölkələrində geniş yayılan, becərilən və bəzi yerlərdə yabanılaşan 300 növü var. Azərbaycanda yalnız kulturada 4 növü məlumdur. Onlardan 3-ü (ağ lupin, sarı lupin, göy lupin) respublikada yem bitkisi kimi əkilir. Alkaloidli bitkidir. Bəzən heyvanların xəstələnməsinə (lupinoz) və zəhərlənməsinə səbəb olur. Odur ki, alkaloidi az olan növlər daha çox əkilir, bəzən yaşıl gübrə kimi də istifadə olunur. Birillik və çoxillik (çoxyarpaq lupin) bitkilərdir. Yarpaqları barmaqvari 5-7 yarpaqcıqlara bölünür, erkəkciklərinin hamısı bir yerdə bitişikdir. Növləri çiçəyin rəngi ilə asanlıqla seçilir.