Cins: Hippocrepis - Nalotu print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Leguminosae
- Cins: Hippocrepis
Avropada, xüsusən Aralıq dənizi ölkələrində, həmçinin Şimali Afrika və cənubi-qərbi Asiyada yayılan 12 növdən Azərbaycanda 1 növə rast gəlinir. O, respublikanın əksər rayonlarında arandan orta dağ qurşağınadək, quraq yamaclarda yayılıb. Birllik, çılpaq, çiçəkləri sarı, 5-40 sm hündürlüyündə bitkidir. Paxlası qövsvari, nalşəkilli hissələrə bölünəndir. Cavan vaxtı mal-qara tərəfindən yeyilir.
- Növ: Hippocrepis biflora