Cins: Ononis - Ononis print

Aralıq dənizi, qərbi Avropa, qərbi Asiya və Afrikada yayılan 70-dən çox növündən Azərbaycanda 5 növün yayılması məlumdur. Onlara əksər rayonlarda, arandan orta dağ qurşağınadək, quraq, gilli yamaclarda, kolluqlarda, çay vadilərində rast gəlinir. Çoxillik ot və ya yarımkol bitkiləridir. Kasayarpaqları 5 bölümlü, tacı çəhrayı yaxud sarı, paxalsı qısa, şişkin bitkilərdir, bəzi növlərində gövdə tikanlıdır. Sidikqovucu xassəyə malik dərman bitkisidir (əkin ononisi).