Cins: Pueraria - Peurariya + print

Şərqi və Cənubi Asiya, Sakit okean adaları və Afrikada yayılan 20 növü var. Azərbaycanda 1 növü becərilir. Bu növ Çin və Yaponiyada qida bitkisi kimi (kökü və paxlası çiy və qızardılaraq yeyilir), çox yerdə yem bitkisi kimi əkilir. Çiçəyi, meyvəsi və kökü yaraların sağaldılmasında dərman vasitəsi kimi istifadə olunur. Çoxillik, tez böyüyən, liana bitkisidir. Kasa yarpağı və çiçək oxunun pas rəngli tükcüklərlə örtülü olması ilə seçilir.