Cins: Lagonychium - Pişik dırnağı print

Şərqi Aralıq dənizi ölkələrində, Amerika, Afrika və Asiyada yayılan 30 növü (başqa məlumatlara görə 1 növü) var. Azərbaycanda yabanı halda 1, kulturada 1 növü rast gəlir. Yabanı bozqır pişikdırnağı adlanan növü respublikanın Xəzər sahili, Abşeron, Qobustan, Kür-Araz ovalığı, Lənkəran və Muğanda yarımsəhra bitkiliyi, dağ ətəyi və şoran düzənliklərdə yayılıb. 50-60 sm-ə qədər hündürlükdə tikanlı, budaqlanan koldur. Yarpaqları ikiqat cütlələkvari mürəkkəbdir, yarpaqcıqları 3-5 mm uzunluğundadır. Digər növü Abşeronda becərilir. Boya, aşılayıcı xassələri var.