Cins: Caesalpinia - Sezalpiniya + print

Dünyanın tropik və subtropik ölkələrində yayılan 40-a yaxın növündən Azərbaycanda, əsasən, aran rayonlarında (Abşeron, Kür-Araz ovalığı, Lənkəran ovalığı və s.) 2 növü dekorativ bitki kimi becərilir. Cillis sezalpiniyası adlanan bu növün vətəni Cənubi Amerikadır, alçaqboylu, seyrək budaqlanan koldur. Yarpaqları ikiqat lələkvarı mürəkkəbdir, çiçəkləri qalxanvarı salxımlara yığılmışdır. Kasacığı və tacı beş üzvlüdür. Kasacıqda aşağıda duran 2 kasa yarpağı üstdə duran 3 yarpaqdan iri, tacda isə aşağıda duran 3 ləçəküstdə duran 2 ləçəkdən iri olduğundan çiçəkyanlığı ikidodaqlı kimi görünür. Ləçəkləri parlaq sarırənglidir. Erkəkciklərin sapı uzundur. Paxlası yastıdır, 9-10 sm-ə qədər uzunluğundadır, üzəri tüklüdür, çoxtoxumludur, iki qapaqla açılır. Toxumları zəhərlidir.

Bu cinsdən daha bir növün (Yapon sezalpiniyası) Azərbaycanda introduksiya olunması qeyd olunur. Vətəni Yaponiya olan bu növün Abşeronda yaxşı inkişaf etdiyi göstərilir.