Cins: Cassia - Səna + print

Dünyanın subtropik və tropik iqlimli ölkələrində yayılan 450-dən çox növündən Azərbaycanda kulturada 3 növünə rast gəlinir. Onlar hündürlüyü 2 m-ə çatan kol və yarımkol bitkiləridir. Çiçəkyanlığı yarpaqları 5, ləçəkləri sarı, erkəkciyi 10, dişiciyin sütuncuğu nazik, əyilmiş vəziyyətdə, paxlası dərivari, saplaqlıdır. Növləri bir-birindən yarpaqda yarpaqcıqların sayı və forması ilə fərqlənir. İşlətmə dərmanı kimi və bəzək bitkisi kimi Abşeronda becərilir.