Cins: Styphnolobium - Sofora + print

Asiya və Amerikanın tropik və subtropik iqlimli ölkələrində yayılan bir neçə növündən Azərbaycanda kulturada 2 növə rast gəlinir. Onlardan Yapon saforası respublikanın düzən, dağətəyi rayonlarında, meşə zolaqlarında, park və bağlarda yaşıllıqlarda geniş istifadə olunur. Hündürlüyü 25 metrə çatan sarımtıl-ağ çiçəkli ağac olan ağacdır. Noxudyarpaq safora isə mavi, ağ rəngli çiçəklərə malik, 3 metrə qədər hündürlüyü olan koldur. Abşeronda əkilir. Dekorativ, balverən, boya, dərman əhəmiyyətli bitkilərdir. Zəhərlidir.