Cins: Colutea - Şaqqıldaq print

Avroasiya və Şərqi Afrikada yayılan 30 növündən Azərbaycanda yabanı halda 4, kulturada 1 növü rast gəlir. Komarov şaqqıldağı Naxçıvan üçün endemdir. Digər növlərə respublikanın əksər rayonlarında aşağı və orta dağ qurşağında, daşlı-qayalı yamaclarda, kolluqlarda, seyrək meşəliklərin tərkibində rast gəlinir. Cins daxilində növlər əsasən yarpağın forması və çiçəyin rəngi ilə fərqlənirlər. Dekorativ və dərman bitkiləridir.