Cins: Sphaerophysa - Toppuzlu print

Avroasiya, Avstraliya və Yeni Zelandiyada yayılan 30 növündən Azərbaycanda 1 növə rast gəlinir. O, Kür-Araz ovalığı və Kiçik Qafqazın cənubunda, yarımsəhra, rütubətli çoran və qumsal ərazilərdə yayılıb. Kiçik qruplar, bəzən cəngəlliklər şəklində rast gəlinir. Paxlameyvəsi şişkin, şarşəkilli, çılpaq, iridir, çiçəkləri qırmızı, salxım tipli çiçək qrupuna yığılır. Çoxillik ot bitkisidir. Orta dərəcədə keyfiyyətli yem bitkisidir.