Cins: Vavilovia - Vavilovi print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Leguminosae
- Cins: Vavilovia
Ön Asiya və Qafqaz mənşəli 1 növü var. Böyük və Kiçik Qafqazda və Naxçıvandaalp qurşaqda, çınqıllı-daşlı yamaclarda seyrək halda rast gəlinməsi qeyd olunur. Çoxillik, kökümsovlu ot bitkisidir. Yarpaqları 1 cüt ovalşəkilli yarpaqcıqlardan ibarətdir, yarpaqaltlığı çox xırdadır. Gövdəsi nazik, yerə sərilən, budaqlı, 10-15 sm uzunluğundadır. Tacı çəhrayı, paxlası hamardır.
- Növ: Vavilovia formosa - Gözəl vaviloviya