Cins: Pseudosophora - Yalançı sofora print

Şimalda isti iqlimli ərazilərdə yayılan 5-6 növündən Azərbaycanda 1 növünə rast gəlinir. O əksər rayonlarda arandan orta dağ qurşağınadək, çay sahillərində, rütubətli yerlərdə yayılıb. Ağımtıl ipəkşəkilli tükcüklərlə örtülü çoxillik bitkidir. Çiçəkləri ağımtıl, salxım çiçək qrupuna yığılır. Erkəkciklərin hamısı (10) sərbəstdir. Güclü kök sistemi olan alaq bitkisidir. Zəhərlidir. İnsektisid xassəyə malikdir.