Cins: Trifolium - Yonca print

Avroasiya və Afrikanın mülayim isti və subtropik vilayətlərində və xüsusən Aralıq dənizi ölkələrində yayılan 160 növü var. Cinsin növləri respublikanın bütün rayonlarında, arandan subalp və alp qurşağadək, meşə və kolluqlarda, çay sahillərində, çəmənlərdə yayılıb. Çiçəkaltlıqsızdır, çox az hallarda aşağı çiçəkdə xırda çiçəkaltlığı olur. Kasacıq 5 ədəd ensiz lanset və ya bizşəkilli dişciklərə malikdir. Tacı qırmızı, ağımtıl və ya sarımtıl-ağ rənglidir. Qiymətli yem bitkiləridir, bəzi növləri vitaminli, balverən və xalq təbabətində tənəffüs yolları xəstəliklərinin müalicəsində istifadə olunur.