Növ: Rhinanthus vernalis - Yaz çınqılotu print

Rhinanthus vernalis - yaz çınqılotu Böyük və Kiçik Qafqazda, Naxçıvanda, orta dağ qurşağından subalp qurşağadək dağ çəmənlərində, meşənin tala yerlərində, bəzən əkinlərdə yayılmışdır. Birillik yarımparazit bitkidir. Yarpaqları bütöv olub, kənarında mişar dişciklidir, qarşı-qarşıya düzülmüşdür. Kasacıq 4 dişcikli, tacı 2 dodaqlıdır. Meyvəsi yetişəndə şarşəkilli, şişkin olur. Erkəkciyi 4-dür. Qutucuq meyvəsi ovaldır.