Cins: Zannichellia - Zannixelliya print

Çoxillik ot formalı su bitkiləridir. Yarpaqları xətvari, çiçəkləri xırda, bircinslidir (birevli yaxud ikievli). Çiçəkyanlığı reduksiya olmuş və ya yoxdur. Çöllərdə, sakit axan sularda bitir. Kiçik Qafqaz, Lənkəran, Samur-Dəvəçi, Alazan-Əyriçay, Qobustan botaniki-coğrafi rayonlarında düzənlik və aran ərazilərində yayılmışdır.