Növ: Descurainia sophia - Sofiya deskurayniyası print

Bu növə respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək zibilli, şoran yerlərdə, yol kənarlarında təsadüf olunur. İkinci növün respublika ərazisində, xüsusən Naxçıvan və Kiçik Qafqazda rast gəlməsi ehtimal olunur. Şüvərən növləri meyvələri nazik, damarları aydın görünən, ləçəkləri solğun sarı, birillik ot bitkiləridir. Yarpağında cavan vaxtı “A” vitamini var, toxumu dadına görə “xardalı” xatırladır. Külündə azot birləşmələri var.