Növ: Sinapis arvensis print

Respublikanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək əkinlərdə, qumsal yerlərdə, bağlarda və alaq bitkiləri arasında rast gəlinir. Gövdəsinin hündürlüyü 30-100 sm olub, budaqlanandır. Ləçəkləri əlvan sarı rəngli, buynuz meyvəsi dördtillidir. Birillik ot bitkisidir. Cavan yarpaqları yeyilir, toxumu yağlıdır, bal verən bitkidir.