Tip: Placozoa print

Bu tipin yeganə nümayəndəsi Trichoplax adhaerens növüdür. Bu kiçik rəngsiz orqanizm olub tropik və subtropik qurşağın sakit dəniz sularının dayaz yerlərində yayılmış növdür. Onların rasionunu yosunlar (Chlorella), kriptomonadlar (Cryptophyta), göy-yaşıl bakteriyalar (Cyanobacteria: Phormidium inundatum) və digər mikroskobik qida qalıqları (detritlər) təşkil edir. Trixoplastın bədən ölçüləri 2 – 3 mm, qalınlığı 25 mkm olub 3 hüceyrə qatından 4 – 6 tip hüceyrətədən ibarətdir.

Trixoplastın hərəkət üsulu amöbü xatırladır: o, substrat üzərində tədrici sürüşərək hərəkət edir, daim özkonturlarını dəyişir. Bədənin aydın görünən ön və arxa hissələri olmadığından o, dönmədən hərəkət istiqamətini dəyişə bilir.

Həzm prosesi hüceyrə kənarında, trixoplastın bədəninin kənarında, substratla onun ventral səthi arasında gedir. Qidalanma zamanı trixoplast əyilir, bədənin mərkəzi hissəsi substrat üzərinə qalxır. Yaranmış qapalı cibdə qidanın həzmi baş verir. Qida məhsulları kirpik hüceyrələri tərəfindən udulur.

Trichoplax adhaerens, əsasən, qeyri-cinsi çoxalır (fraqmentasiya və ya tumurcuqlama). Fraqmentasiya zamanı trixoplaksın bədəni təxminən iki bərabər hissəyə bölünür. Fraqmentasiya prosesi bir neçə saat çəkir. Bu zaman ayrılmış fərdlər arasında müəyyən müddət nazik çoxhüceyrəli körpü qalır.

Trixoplaksın reproduksiya prosesi (fraqmentasiya)

Tumurcuqlama yolu ilə çoxalma zamanı dorsal səth üzərində diametri 40 – 50 mkm olan dairəvi tumurcuqlar yaranır. Onlar bütün hüceyrə tiplərinə (o cümlədən, ventral kirpikcik hüceyrələri və birləşdirici toxumalar) malik olur. Tumurcuğun formalaşması aşağıdaki şəkildə baş verir: Bədənin daxili qatındakı hüceyrələrdən tumurcuğun rüşeymi formalaşır. Kirpikciklərini itirən bu hüceyrələr sonda dişi fərdin ventral epitelisini yaradır. Bu tumurcuqlar ayrılana qədər daxili boşluğa yönəlmiş kirpikciklər formalaşdırmaqla polyarlığı əks istiqamətdə dəyişdirir. Tumurcuq inkişaf etdikcə bədənin dorsal hissəsinə keçir və ayrılır. Tumurcuqlama prosesi 24 saat çəkir.