Cins: Lilium - Zanbaq print

Şimal yarımkürəsinin mülayim qurşağında yayılmış 80-100 növü vardır. Azərbaycanın yabanı bitki örtüyündə 3 və becərilən halda 1 növə təsadüf olunur (L. candidum - Ağ zanbaq). Çiçəkləri ağ, sarı, qırmızı-sarı, sarımtıl-ağ rəngli olur. Yarpağın, soğanağın çiçəkyanlığının forması, tozcuğun rəngi sistematik nişanələrdir. Dağ çayları sahillərində, rütubətli meşəli dərələrdə, meşə talalarında, alp çəmənliklərində 3 növü yayılıb. Olduqca bəzəkli, iri çiçəkli, ətirli bitkilərdir.