Tip: Chordata - Xordalılar print

Xordalılar heyvanlar aləminin ən əsas tipi hesab olunur. Bu tipə 100.000-ə qədər növ daxildir. Xordalılar üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna xorda deyilir. Xorda ox skelet olub, vakuollaşmış hüceyrələrdən ibarətdir. O, primitiv orqanizmlərdə bütün ömrü boyu qalır. Ali orqanizmlərdə isə o, onurğa fəqərələri ilə əvəz olunur.
Xordalılar anlayışı onurğalılar və bəzi onurğasızları əhatə edir.
Bel sütununun üzərində boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə bitir. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir. Sadaladığımız özünəməxsus xüsusiyyətlərlə yanaşı, xordalılar üçün bədənin üçqatlı olması, ikitərəfli simmetriyası, ikinci bədən boşluğu xarakterikdir.

Xordalıların 3 alt tipi məlumdur:

Alt-tiplər

Siniflər

Kəlləsizlər (Acrania və ya Cephalochordata)

Leptokardilər (Leptocardii) sinfi

Qişalılar (Tunicata)

Assidilər (Ascidiacea) sinfi

Lavralar (Lavracea) sinfi

Salplar (Thaliacea) sinfi

Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata)

Hiperoartiyalar (Hyperoartia) sinfi

Miksinlər (Myxini) sinfi

Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi

Şüaüzgəcli balıqlar (Actinopterygii) sinfi

Pərüzgəcli balıqlar (Sarcopterygii) sinfi

Suda-quruda yaşayanlar (Amphibia) sinfi

Sürünənlər (Reptilia) sinfi

Quşlar (Aves) sinfi

Məməlilər (Mammalia) sinfi