Cins: Prunella - Boğazotu print

Avrasiyanın mülayim iqlimli ölkələrində, Şimali və Cənubi Amerika və Şimali Afrikada yayılan 5-7 növü var. Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağadək, çəmənliklərdə, meşənin tala yerlərində, çay sahillərində və kolluqlarda 3 növü yayılıb. Çoxillik otlardır. Kasacığı zəngşəkilli, tacı 2 dodaqlı, sarımtıl-ağ, bənövşəyi rəngdədir. Erkəkcikləri 4 ədəd olub, ön tərəfdəkilər arxadakılara nisbətən uzun, dişiciyin sütuncuğu 2 bölümlüdür. Fındıqca meyvəsi uzunsov-oval, hamardır. Təbii bitmə şəraitində növlərarası hibridləri qeyd olunur. Toxumları yağlıdır.