Cins: Lamium - Dalamaz print

Avrasiya və Şimali Afrikada yayılan 40-dan çox növü var. Müasir Azərbaycan florasında 11 növü yayılmışdır. Onlara respublikanın əksər rayonlarında, arandan alp qurşağadək, gilli, daşlı yerlərdə, meşə və kolluqlarda, çəmən bitkiliyi arasında, qaya töküntüləri, bağ və əkinlərdə rast gəlinir. Bir və çoxillik otlardır. Yarpaqları oval formalı, kənarı dişciklidir. Çiçəklərin yarpaqların qoltuğunda dəstələrdə yerləşir. Tacı 2 dodaqlı, purpur, qırmızı, ağ rənglidir. Erkəkciyi 4 saylı, meyvəsi üçtilli fındıqcadır. Əksər növləri balverən bitkilərdir.